Haqqımızda Reklam
23 
Sen
2026
12:58
1
2
29

Tramp: "ABŞ Qrenlandiyanı daimi nəzarətə götürəcək və iki böyük hərbi baza tikəcək"

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Danimarka Krallığı və Qrenlandiya xalqı ilə “misli görünməmiş” razılaşma əldə etdiyini bildirib. 24News.ge xəbər verir ki, Trampın sözlərinə görə, razılaşma Vaşinqtona Qrenlandiyanın təhlükəsizliyi və strateji ehtiyacları üzərində daimi nəzarət imkanı verir. ABŞ Prezidenti bildirib ki, əldə olunan razılaşma əsasında Vaşinqton adanın müvafiq ərazilərində iki böyük hərbi baza inşa etməyə dərhal başlayacaq: “Danimarka Krallığı və bilavasitə Qrenlandiya xalqı ilə əldə edilən bu razılaşma ABŞ-a bu ərazidə təhlükəsizlik və digər bütün ehtiyaclar üzərində daimi nəzarət verir. Amerika qitəsini, eləcə də Avropanı və digər əraziləri qorumaq üçün zəruri olan hər şeyi etmək imkanımız olacaq. ABŞ-ın heç bir rəqibinə bizim açıq yazılı icazəmiz olmadan Qrenlandiyada hərbi qüvvə yerləşdirməyə və ya həssas investisiyalar həyata keçirməyə icazə verilməyəcək. Biz dərhal müvafiq ərazilərdə böyük hərbi obyektlərin yaradılmasına başlayacağıq. İki çox böyük hərbi baza inşa edəcəyik”, – deyə Tramp bildirib. Trampın sözlərinə görə, Arktika və Şimali Atlantikada ABŞ-ın hərbi mövcudluğunun genişləndirilməsi təkcə ABŞ-ın deyil, Avropanın təhlükəsizliyinə də əhəmiyyətli töhfə verəcək və NATO-nu gücləndirəcək. ABŞ Prezidenti BMT Baş Assambleyasındakı çıxışı zamanı NATO-nun baş katibi Mark Rutte-nin fəaliyyətinə də toxunub. Trampın sözlərinə görə, alyans əvvəlkindən daha da güclənir. Tramp bildirib ki, NATO əvvəllər mümkün hesab edilməyən addımları atır. Onun sözlərinə görə, alyans üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 2 faizindən 5 faizinə qədər artırmağı nəzərdə tutur və bu, üzv dövlətlər üçün daha yüksək təhlükəsizlik təmin edəcək.

www.24news.ge