Haqqımızda Reklam
22 
Okt
2026
11:34
5
10
770

Zaxarova Rusiyanın Gürcüstan içkilərinə tətbiq etdiyi qadağaya münasibət bildirdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Gürcüstanın bəzi içkilərinin Rusiyaya idxalına tətbiq edilən məhdudiyyətlərin səbəbləri olduğunu və heç bir siyasi əsasının olmadığını bildirib. 24News.ge xəbər verir ki, Zaxarova Rusiyaya bir sıra Gürcüstan istehsalı olan içkilərin idxalının qadağan edilməsi ilə bağlı suala cavab verərkən bu barədə danışıb. Onun sözlərinə görə, məsələ Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Nəzarət Xidmətinin (Rospotrebnadzor) səlahiyyətlərinə aiddir: “Qoyulan məhdudiyyətlərin səbəbləri mövcuddur. Biz adi prosedurdan siyasi amillər yaratmağa və bu məsələ ətrafında spekulyasiya etməyə çalışıldığını görürük. Burada siyasi səbəb axtarmağa ehtiyac yoxdur. Heç bir siyasi əsas mövcud deyil. Müəyyən tələblər var və həmin məhsulları idxal edən şirkətlərə bu tələblər çatdırılıb. Deyə bilərəm ki, Rusiyaya Gürcüstandan onlarla şirkət məhsul idxal edir. Pozuntular yalnız bir neçə müəssisədə aşkar olunub. Digər şirkətlərin hamısı bizim bazarda problemsiz fəaliyyətini davam etdirir. Bu bazar Gürcüstan üçün prioritet əhəmiyyət daşıyır”, – deyə Zaxarova bildirib. Xatırladaq ki, Rusiya bəzi Gürcüstan şirkətlərinin məhsullarının idxalına qadağa qoyulduğunu açıqlayıb. Rospotrebnadzorun məlumatına görə, oktyabrın 9-dan etibarən Rusiya Federasiyasına ərzaq məhsullarının idxalının və dövriyyəsinin dayandırılması məqsədilə müvəqqəti sanitar tədbir tətbiq edilib.

www.24news.ge