Haqqımızda Reklam
22 
Okt
2026
15:27
30
4
1085

400 kiloqramlıq daşı sinəsində sındıran Borçalı pəhlivanı 60 yaşını qeyd edir (VİDEO)

Bir zamanlar Borçalıda pəhlivanlıq sənəti böyük maraqla qarşılanır, pəhlivanlar öz güc və məharətləri ilə gənclərin diqqətini cəlb edir, onlara nümunə olurdular. 24News.ge xəbər verir ki, həmin dövrdə tanınmış pəhlivanlardan biri də Səhrab Saraçlı olub. Bu gün 60 yaşını qeyd edən pəhlivan Gürcüstanın müxtəlif bölgələrində, eləcə də Azərbaycanda və Rusiyada çıxış edərək öz gücünü və məharətini nümayiş etdirib. Səhrab Saraçlı Marneuli Mədəniyyət Mərkəzindəki çıxışlarından birini xatırlayaraq bildirib ki, həmin vaxt sinəsinin üzərində 400 kiloqramlıq daşı sındırıb. Onun sözlərinə görə, həmin daş bu gün də Marneuli Mədəniyyət Evində saxlanılır. Səhrab Saraçlının fəaliyyəti Borçalıda bir zamanlar geniş maraq doğuran pəhlivanlıq ənənələrinin və xalq arasında yaşadılan güc sənətinin xatirəsini yaşadır. Mövzu ilə bağlı daha ətraflı əməkdaşlarımızın hazırladığı reportajı təqdim edirik:

www.24news.ge