Haqqımızda Reklam
26 
Iyn
2026
17:01
5
0
348

Marneulidə vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Marneuli şəhərində fəaliyyət göstərən "Azərbaycan Evi"ndə vətəndaşlar üçün ödənişsiz hüquqi yardım aksiyası təşkil olunub. 24News.ge xəbər verir ki, hüquqi yardım tanınmış vəkillər Eda Qocayeva və Lena Qocayeva tərəfindən həyata keçirilib. Əvvəlcədən qeydiyyatdan keçmiş 50-yə yaxın Marneuli sakini qəbulda iştirak edib. Vətəndaşların müraciətləri əsasən Ədliyyə Evində müxtəlif hüquqi prosedurların həyata keçirilməsi, ailə və məişət münasibətləri, mülkiyyət və torpaq məsələləri, miqrasiya, məhkəmə prosesləri, qanunsuz tətbiq edilmiş cərimələrin ləğvi və digər hüquqi məsələlərlə bağlı olub. Qəbul zamanı hər bir müraciətçi fərdi qaydada dinlənilib, onların hüquqi problemləri araşdırılıb və qüvvədə olan qanunvericiliyə uyğun hüquqi məsləhət və tövsiyələr verilib. Tədbirin əsas məqsədi vətəndaşların hüquqi maarifləndirilməsi, onların hüquqlarının müdafiəsinə dəstək göstərilməsi və gündəlik qarşılaşdıqları hüquqi problemlərin həllinə yardım etmək olub. Qəbulda iştirak edən vətəndaşlar onlara göstərilən hüquqi dəstəyə və yaradılan şəraitə görə təşəkkürlərini bildiriblər. Onlar bu cür maarifləndirici və faydalı hüquqi qəbul günlərinin gələcəkdə də mütəmadi təşkil olunmasının vacibliyini vurğulayıblar.

www.24news.ge