Haqqımızda Reklam
29 
Iyn
2026
13:08
22
4
1997

Qara bazarda dəyəri 37 milyon larini aşan 700 kiloqrama yaxın narkotik vasitə məhv edilib (VİDEO)

Ölkə ərazisində müxtəlif vaxtlarda keçirilmiş istintaq tədbirləri zamanı qanunsuz dövriyyədən götürülmüş 700 kiloqrama yaxın narkotik vasitə məhv edilib. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, məhv edilən narkotik vasitələrin qara bazardakı ümumi dəyəri 37 milyon larini ötür. Məhv edilən maddələr arasında heroin, kokain, alfa-PVP, klefedron, MDMA, buprenorfin, tramadol, diazepam, kodein, metadon və kannabis, həmçinin psixotrop və yeni psixoaktiv maddələr yer alıb. Nazirliyin Ekspert-Kriminalistika Departamentinin əməkdaşları narkotik vasitələri müasir ekoloji standartlara cavab verən xüsusi yüksəktemperaturlu yandırma sobasında (insinerator) utilizasiya ediblər. Qanunvericiliyin tələblərinə uyğun olaraq keçirilən məhvetmə prosesində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə yanaşı, Baş Prokurorluğun, eləcə də Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin nümayəndələri də iştirak ediblər.

www.24news.ge