Haqqımızda Reklam
07 
Iyl
2026
15:09
25
1
2247

Marneulidə təbii qazın verilişi bərpa olunub

Gürcüstan Qaz Nəqli Şirkəti bildirib ki, Qırmızı Körpü–Tsalka–Axalkalaki magistral qaz kəmərinin 24,4-cü kilometrliyində yerləşən ölçü qovşağında aparılan bərpa işləri texniki və təhlükəsizlik qaydalarına tam riayət olunmaqla uğurla başa çatdırılıb. 24News.ge xəbər verir ki, bunun nəticəsində ilk mərhələdə Kvemo Kartli istiqamətində təbii qazın verilişi bərpa edilib. Marneuli bələdiyyəsinin bir sıra kəndlərində və şəhərdə abonentlər qaz təchizatı ilə yenidən təmin olunublar. Bildirilib ki, əhaliyə təbii qazın verilməsi müvafiq qazpaylayıcı şirkət tərəfindən mərhələli şəkildə həyata keçiriləcək. Qaz Nəqli Şirkəti qeyd edib ki, magistral qaz kəmərləri və qazpaylayıcı stansiyalarda mütəmadi olaraq reabilitasiya işləri aparılır. Bu işlər istehlakçıların təhlükəsiz, etibarlı və fasiləsiz qaz təchizatının təmin olunmasına xidmət edir.

www.24news.ge