Haqqımızda Reklam
07 
Iyl
2026
19:07
8
2
552

Türkiyədə səfərdə olan Donald Tramp bir sıra mühüm açıqlamalar verib

Türkiyənin paytaxtı Ankara şəhərində ABŞ Prezidenti Donald Trampın rəsmi qarşılanma mərasimi olub. 24News.ge xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu Prezident Sarayında qarşılayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında ikitərəfli görüş keçirilib. Türkiyə lideri Donald Trampı Ankarada qarşılamaqdan məmnunluğunu ifadə edib. ABŞ lideri isə, öz növbəsində, Ərdoğanın bütün dünyada xüsusi hörmətə malik olduğunu deyib. O, Türkiyənin güclü bir dövlət olduğunu vurğulayıb. Xüsusilə də R.T.Ərdoğanın rəhbərliyi ilə ölkənin hərbi müdafiə sənayesinin xeyli inkişaf etdiyini qeyd edib. Tramp NATO sammitinə Türkiyədə keçirildiyinə görə qatıldığını bildirib. O, NATO ilə bağlı çox məyus olduğunu deyib: "Mən NATO ilə bağlı çox məyus olduğumu demişəm, Ərdoğan olmasaydı, bu zirvə görüşünə gəlməzdim. Ərdoğan çox güclü lider, çox güclü insandır. Bu sammitin Türkiyədə keçirilməsi həqiqətən də çox böyük hadisədir. Biz bu günədək NATO-ya trilyonlarla dollar sərmayə qoymuşuq. Nəyə görə? Avropa ölkələrini qorumaq üçün... Onları Rusiyadan qorumaq üçün. Amma onların da hansısa şəkildə bizə dəstək vermək üçün nəsə etmələri lazım idi", - deyə Tramp qeyd edib. ABŞ Prezidenti əlavə edib ki, Vaşinqton Ankaradan NATO üzrə bir sıra digər tərəfdaşlarına nisbətən daha çox dəstək alır. ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğv ediləcəyini də açıqlayıb. O deyib ki, NATO Baş katibi, ABŞ dövlət katibi ilə də bunu müzakirə ediblər, Türkiyəyə qarşı bu sanksiyaların ləğvinin vaxtı çatıb: "Biz dostlarımıza qarşı sanksiyalar tətbiq etmək istəmirik. Bu, çox sadədir. Biz dostlarımızın embarqo və sanksiyalarla üzləşməsini istəmirik". ABŞ Prezidenti Donald Tramp Türkiyəyə "F-35" qırıcılarının satılması ilə bağlı bildirib ki, bu barədə mütləq qərar veriləcək. O, ABŞ-nin Türkiyəyə "F-35" satmaqla bağlı düşünməyin mümkün olduğunu deyib: "Bunu düşünəcəyik, mütləq bu barədə qərar veriləcək. Türkiyə çox uzun müddətdir ki, çox sadiq müttəfiqdir, hətta bir çoxlarından da daha sadiq müttəfiq olub. Bildiyiniz kimi, "F-35"lər ən yaxşı döyüş təyyarələridir və biz bu məsələni müzakirə edəcəyik". D.Tramp Türkiyə ilə ABŞ arasında möhkəm dostluq münasibətinin olduğunu da vurğulayıb.

www.24news.ge