Haqqımızda Reklam
27 
Iyl
2026
12:35
11
9
1935

6 aylıq hamilə qadın vəfat edib – yaxınları həkimləri səhlənkarlıqda ittiham edirlər

Telavidə 6 aylıq hamilə Tamar Urçuxişvili vəfat edib. 24News.ge xəbər verir ki, mərhumun yaxınları onun ölümündə həkimləri səhlənkarlıq və laqeydlikdə ittiham edirlər. Onların sözlərinə görə, gənc qadının ölümü həkimlərin düzgün diaqnoz qoya bilməməsi və vaxtında müalicə aparmaması nəticəsində baş verib. Mərhumun dostlarının bildirdiyinə görə, hamilə qadın güclü qarın ağrıları ilə xəstəxanaya müraciət etsə də, həkimlər iki həftə ərzində dəqiq diaqnoz müəyyən edə bilməyiblər: "Onu səhlənkarlıq ucbatından öldürdülər... 6 aylıq hamilə idi. Qarın ağrısı ilə xəstəxanaya aparmışdılar, amma iki həftə ərzində nə olduğunu müəyyən edə bilmədilər. Həkimə müraciət edəndə ona 'bu, yalançı ağrıdır' deyiblər. Evə qayıdandan sonra bağırsağı partlayıb", – deyə mərhumun dostu bildirib. Yaxınlarının sözlərinə görə, qadına yanlış diaqnoz qoyulub: "İki il idi övladı olmurdu. Nəhayət hamilə qalmışdı və çox xoşbəxt idi. Bildiyimizə görə, bir həftə ölü dölü bətnində daşıyıb. Həkimlər isə bunun sidik kisəsinin iltihabı olduğunu deyiblər. Halbuki bütün orqanizmi zəhərlənmişdi", – deyə mərhumun yaxınlarından biri açıqlamasında bildirib.

www.24news.ge