Haqqımızda Reklam
27 
Iyl
2026
16:52
14
5
1353

Marneulidə qanunsuz quş kəsim məntəqələri aşkarlanıb

Milli Qida Agentliyi Marneulidə kustar üsulla fəaliyyət göstərən qanunsuz quş kəsim məntəqələrini aşkar edib. 24News.ge xəbər verir ki, Kvemo Kartli Regional Departamentinin müfəttişləri dövlət nəzarəti çərçivəsində Marneuli şəhəri, Tsereteli küçəsi 17 ünvanında yerləşən fiziki şəxs C.G, həmçinin Qurbanov küçəsində, Mərkəzi Bazarın yaxınlığında fəaliyyət göstərən fərdi sahibkar R.A-ya məxsus quş kəsim məntəqələrini yoxlayıblar. Yoxlama zamanı obyektlərdə ciddi pozuntular aşkarlanıb. Belə ki, sanitar-gigiyenik normaların kobud şəkildə pozulduğu, eləcə də quşların baytarlıq nəzarəti olmadan kəsildiyi müəyyən edilib. Bundan əlavə, sahibkarların İqtisadi Fəaliyyət Reyestrində qeydiyyatdan keçmədən və Milli Qida Agentliyinin məcburi tanınması (icazəsi) olmadan fəaliyyət göstərdikləri məlum olub. Qanunvericiliyə uyğun olaraq, hər iki biznes operatoru cərimələnib və onların istehsal fəaliyyəti dayandırılıb. Milli Qida Agentliyi bildirir ki, ölkə üzrə qanunsuz istehsal müəssisələri və kəsim məntəqələrinin aşkarlanması istiqamətində yoxlamalar davam etdirilir. Agentlik sahibkarlara qida təhlükəsizliyi tələblərinə əməl etmədən və məcburi qeydiyyatdan keçmədən istehsal fəaliyyəti ilə məşğul olmamağa çağırış edib.

www.24news.ge