Haqqımızda Reklam
28 
Iyl
2026
09:34
9
1
631

Candar kəndində baş verən güllələnmə hadisəsi ilə bağlı bir nəfər saxlanılıb (VİDEO)

İyulun 26-da gecə saatlarında Marneuli bələdiyyəsinin Candar kəndində baş verən güllələnmə hadisəsi ilə bağlı bir nəfər saxlanılıb. Bu barədə 24News.ge xəbər portalına Daxili İşlər Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi (qəsdən sağlamlığa zərər vurma/fiziki zorakılıq) ilə başlanılmış istintaq davam etdirilir. Zərərçəkmişin yaxınlarının 24News-a verdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən təxminən 18 yaşlı şəxs Rahib Abdullayevin yaxın qohumudur. Qeyd edək ki, hadisə zamanı ağız və baş nahiyəsindən xəsarət alan Rahib Abdullayev artıq iki gündür xəstəxananın reanimasiya şöbəsində müalicə alır. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

www.24news.ge