Haqqımızda Reklam
28 
Iyl
2026
19:01
7
1
431

Mədəniyyət naziri istefa verib

Mədəniyyət naziri Tinatin Ruxadze tutduğu vəzifədən istefa verib. 24News.ge xəbər verir ki, Ruxadze bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, qərarı baş nazirlə məsləhətləşmədən sonra qəbul edib. İstefasının səbəbi kimi isə səhhətində yaranan problemləri göstərib. Nazirin sözlərinə görə, müalicə kursu keçməsi zəruridir və bu səbəbdən nazir vəzifəsini lazımi şəkildə icra edə bilməyəcək: “Baş nazirlə məsləhətləşdikdən sonra mədəniyyət naziri vəzifəsindən ayrılmaq qərarına gəldim. Səhhətimlə əlaqədar xüsusi müalicə kursu keçməliyəm. Buna görə də nazir vəzifəsini lazımi şəkildə yerinə yetirə bilməyəcəyəm. Mədəniyyət xüsusi qayğı və diqqət tələb edən sahədir. Təəssüf edirəm ki, sağlamlıq vəziyyətim çox sevdiyim və mənim üçün çox dəyərli olan bu işə lazımi diqqəti ayırmağa imkan vermir. Mənə göstərilən etimada görə baş nazirə təşəkkür edirəm. Hökumətin bütün üzvlərinə dəstək və əməkdaşlıqlarına görə minnətdaram. Təşəbbüslərimizi dəstəkləyən hər kəsə təşəkkür edir, Mədəniyyət Nazirliyinin bütün əməkdaşlarına fədakar əməklərinə və sədaqətli xidmətlərinə görə xüsusi minnətdarlığımı bildirirəm. Komandanın tərəfdarı olaraq qalacağam və hər birinizə uğurlar arzulayıram”, – deyə Tinatin Ruxadze qeyd edib.

www.24news.ge