Haqqımızda Reklam
28 
Avq
2026
11:07
7
7
385

Gürcüstan nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdədir (FOTO)

Gürcüstan nümayəndə heyəti rəsmi səfər çərçivəsində Azərbaycan Respublikasına səfər edib. Nümayəndə heyətinə Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze rəhbərlik edir. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstan Dini Məsələlər üzrə Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, nümayəndə heyətinin tərkibində Dini Məsələlər üzrə Dövlət Agentliyinin Hüquqi Təminat Xidmətinin rəhbəri Vladimir Maçaraşvili, katolikos-patriarxın xor yepiskopu, Axaltsixe və Tao-Klarceti mitropoliti Teodore (Çuadze), həmçinin Gürcüstan Patriarxlığının nümayəndələri yer alıb. Nümayəndə heyətinə, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev, Şərqi Gürcüstan müftisi Etibar Eminov, Qərbi Gürcüstan müftisi Adam Şantaadze həmçinin parlament sədrinin müavini Sozar Subari, Parlamentin İnsan Hüquqlarının Müdafiəsi və Vətəndaş İnteqrasiyası Komitəsi sədrinin müavini Zurab Kadaşidze, parlamentdəki “Xalqın Gücü” qrupunun sədr müavini Quram Maçaraşvili, Gürcüstan Müsəlmanları İdarəsinin katibi Oktay İsayev və xalq müdafiəçisi Levan İoseliani daxildir. Bakı şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə Komitə sədrinin müavini Gündüz İsmayılov və digər nümayəndələr arasında görüş keçirilib. Görüşdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri də iştirak ediblər. Görüş zamanı tərəflər iki strateji dost ölkə arasında mövcud olan ənənəvi qardaşlıq və mehriban qonşuluq münasibətlərinin, eləcə də Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi ilə Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. Tərəflər əməkdaşlığın daha da gücləndirilməsi və qarşılıqlı səfərlərin intensivləşdirilməsi istiqamətində istəklərini ifadə ediblər.

www.24news.ge