Haqqımızda Reklam
28 
Avq
2026
21:44
2
8
643

KİV: Yunanıstan qırıcıları Türkiyəyə aid pilotsuz uçuş aparatını vurub

Egey dənizinin şimal-şərq hissəsində Türkiyəyə məxsus pilotsuz uçuş aparatı Yunanıstan tərəfindən vurulub. 24News.ge xəbər verir ki, yunan mediasının məlumatına görə, dron Samotraki və Lemnos adaları arasındakı dəniz ərazisində ölkənin milli hava məkanına daxil olub. Bundan sonra Yunanıstanın hərbi təyyarələri – F-16 qırıcıları tərəfindən dron vurulub. Məlumatlara əsasən, Türkiyə dronu Yunanıstanda Aleksandrupolis hava limanının uçuş zolağına, məhz Aegean şirkətinə məxsus sərnişin təyyarəsinin havaya qalxmağa hazırlaşdığı anda yaxınlaşıb. Təhlükəsizlik məqsədilə sərnişin təyyarəsinə marşrutu dəyişmək və zonanı tərk edənə qədər aşağı hündürlükdə uçuşu davam etdirmək tapşırığı verilib. Qeyd edək ki, Türkiyə tərəfi yayılan məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyib.

www.24news.ge