Haqqımızda Reklam
28 
Avq
2026
12:24
6
8
372

Bağdati bələdiyyəsində güclü yağış bir sıra fəsadlar yaradıb (FOTO)

İmereti bölgəsində yerləşən Bağdati bələdiyyəsində güclü yağış nəticəsində yollar, evlərin həyətləri və əkin sahələri su altında qalıb. 24News.ge xəbər verir ki, güclü yağış həm Bağdati şəhərində, həm də bələdiyyəyə daxil olan kəndlərdə yollara ziyan vurub. Hazırda meriyanın aidiyyəti şöbələri, Bağdati Bələdiyyəsinin İctimai İşlər Departamentinin, təmizlik və kommunal xidmətlərin əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər. Meriyanın məlumatına görə, güclü yağışın vurduğu ziyanın həcmini müəyyənləşdirmək üçün xüsusi komissiya yaradılacaq. Qeyd edək ki, sakinlərə ehtiyatlı olmaq və zərurət yaranmadıqca evdən çıxmamaq tövsiyə olunub.

www.24news.ge