Haqqımızda Reklam
22 
Sen
2026
10:22
2
0
42

Tramp: ABŞ Belarusdan kalium gübrəsi alışı ilə bağlı böyük razılaşma hazırlayır

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Belarusdan kalium gübrəsi alınması ilə bağlı genişmiqyaslı razılaşma üzərində işlədiyini açıqlayıb. 24News.ge xəbər verir ki, Tramp bu barədə Truth Social platformasında paylaşım edib. ABŞ prezidenti bildirib ki, Belarusdan alınacaq kalium gübrəsinin qiyməti hazırda Kanadadan alınan məhsulun qiymətindən xeyli aşağı olacaq: “ABŞ Belarusdan potaş (kalium gübrəsi) alınması ilə bağlı böyük razılaşma üzərində işləyir. Qiymət hazırda Kanadaya ödədiyimiz məbləğdən xeyli aşağı olacaq ki, bu da fermerlərimiz üçün çox yaxşı xəbərdir”, – deyə Tramp yazıb. Qeyd edək ki, ABŞ ötən il Belarusun kalium sənayesinə tətbiq edilən sanksiyaların aradan qaldırılması barədə qərar açıqlayıb.

www.24news.ge