Haqqımızda Reklam
22 
Sen
2026
12:19
1
0
53

İrlandiya 43 Gürcüstan vətəndaşını deportasiya edib (VİDEO)

İrlandiya 43 Gürcüstan vətəndaşını ölkədən deportasiya edərək Gürcüstana göndərib. 24News.ge xəbər verir ki, İrlandiyanın Ədliyyə, Daxili İşlər və Miqrasiya Nazirliyinin məlumatına görə, deportasiya olunanlar arasında 33 kişi, 7 qadın və 3 uşağı olan bir ailə də var. İrlandiya polisi bildirib ki, deportasiya edilən şəxslərdən 4 kişi müxtəlif cinayətlər törətdiklərinə görə məhkum olunub. İrlandiyanın Ədliyyə, Daxili İşlər və Miqrasiya naziri Cim O’Kallaqan bildirib ki, Gürcüstan vətəndaşlarının böyük əksəriyyəti ölkədə qanuni şəkildə yaşayır və İrlandiya cəmiyyətinə müsbət töhfə verir. Deportasiya olunan şəxsləri daşıyan təyyarə sentyabrın 20-də, bazar günü, Dublindən Tbilisiyə uçuş həyata keçirib. İrlandiya hökumətinin məlumatına görə, təyyarənin icarəyə götürülməsi və uçuşun həyata keçirilməsinin ümumi dəyəri 225 575 avro təşkil edib.

www.24news.ge