Haqqımızda Reklam
21 
Sen
2026
19:40
1
2
1103

Kirayə mənzildə iki nəfərin meyiti tapılıb

Tbilisidə kirayə götürülmüş mənzillərdən birində iki nəfərin meyiti aşkarlanıb. 24News.ge xəbər verir ki, ölən şəxslərdən biri Fransa, digəri isə Rusiya vətəndaşıdır. Meyitlər ekspertizaya göndərilib. Məlumata əsasən, onların bədənlərində hər hansı xəsarət izi aşkarlanmayıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı araşdırma Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə aparılır. Sözügedən maddə şəxsi intihar həddinə çatdırmanı nəzərdə tutur. Hazırda hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

www.24news.ge