Haqqımızda Reklam
23 
Nybr
2026
12:10
3
1
114

Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan “Yaşıl Enerji Dəhlizi”ni müzakirə edəcək

Noyabrın 23-də Buxarestdə Gürcüstan, Azərbaycan, Rumıniya və Macarıstan arasında “Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə 13-cü nazirlər görüşü keçiriləcək. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə iştirakçı ölkələrin nümayəndələri layihənin icrası istiqamətində əldə olunan irəliləyişləri, texniki-iqtisadi əsaslandırmanın nəticələrini və növbəti mərhələdə görüləcək işləri müzakirə edəcəklər. Həmçinin layihənin praktiki icrası üçün zəruri tədbirlər nəzərdən keçiriləcək. Gürcüstanı görüşdə Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili təmsil edəcək. O, Rumıniyaya müavinləri Genadi Arveladze və İnqa Pxaladzedən ibarət nümayəndə heyəti ilə yola düşüb. Toplantıda Azərbaycan, Rumıniya və Macarıstanın energetika nazirlərinin də iştirakı gözlənilir. Qeyd edək ki, dörd ölkə arasında “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq” haqqında saziş 2022-ci il dekabrın 17-də imzalanıb. Layihə Qara dənizin dibi ilə elektrik ötürücü kabelin çəkilməsini və Cənubi Qafqazdan Avropaya yaşıl enerjinin ötürülməsi üçün yeni marşrutun yaradılmasını nəzərdə tutur.

www.24news.ge