Haqqımızda Reklam
23 
Nybr
2026
20:51
4
5
791

Daşqın Gülməmmədov azadlığa buraxılıb

Ukrayna Qarapapaq Türkləri Milli Şurasının sədri, ictimai fəal Daşqın Gülməmmədov azadlığa buraxılıb. 24News.ge xəbər verir ki, bu barədə Daşqın Gülməmmədov sosial media hesabında paylaşım edib. O, paylaşımında bildirib ki, saxta ittihamlarla həbs olunub və əvvəlcə 9 il, daha sonra 5 il, sonda isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun sözlərinə görə, iş üzrə məhkəmə prosesləri zamanı dörd məhkəmə heyəti və yeddi hakim dəyişdirilib. "Hörmətli dostlar artıq azadlıqda. Məni saxta ittihamla həbs edib əvvəlcə 9 il, daha sonra 5 il sonda isə 3 il cəza verib, guya məni məhv etmək istədilər, mənim işim üzrə 4 məhkəmə sturukturu, 7 hakim dəyişdirildi. Sonda isə Gürcüstan Prezidentinin xüsusi fərmanı ilə həbs cəzası və məhkumluğu ləğv etdilər. Ancaq proses davam edir. İstintaq Tbilisi Apelasiya Məhkəməsində və ayrıca Tbilisi Şəhər Məhkəməsində davam edəcək. Yalan ifadə verənlər, şər yazanlar indi iddialarını sübut etməyə borcludurlar, amma mənə cinayət təqibi ləğv edilib", - deyə Daşqın Gülməmmədov qeyd edib.

www.24news.ge