Haqqımızda Reklam
24 
Nybr
2026
16:04
2
1
826

Marneulidə zorla bir nəfəri digər şəxslərə cinsi xidmət göstərməyə məcbur edən şəxs saxlanılıb

Marneulidə insan alveri, zorakılıq və cinsi xarakterli digər hərəkətlər törətməkdə şübhəli bilinən bir nəfərə qarşı ittiham irəli sürülüb. 24News.ge xəbər verir ki, Gürcüstan Prokurorluğunun məlumatına əsasən, Daxili İşlər Nazirliyinin apardığı istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneulidə zərərçəkmiş şəxsi aldatma yolu ilə öz təsiri altına salaraq cinsi istismara məruz qoyub. Belə ki, o, zərərçəkmiş şəxsi digər şəxslərə cinsi xidmət göstərməyə məcbur edib və əldə olunan pulu özü mənimsəyib. Zərərçəkmişin tələblərinə tabe olmadığı təqdirdə isə onu fiziki zorakılıqla hədələyib. Həmçinin, şübhəli şəxs zərərçəkmişə qarşı zorakılıq və cinsi xarakterli digər hərəkətlər törədib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi 2026-cı il noyabrın 22-də saxlayıblar. Ona Cinayət Məcəlləsinin 143-cü prima maddəsinin birinci hissəsi (istismar məqsədilə aldatma yolu ilə insan alveri), 126-cı maddəsinin birinci hissəsi (zərərçəkmiş şəxsdə fiziki ağrıya səbəb olan zorakılıq) və 138-ci maddəsinin birinci hissəsi (cinsi xarakterli digər hərəkət) ilə ittiham irəli sürülüb. Qeyd olunan maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.

www.24news.ge