Haqqımızda Reklam
24 
Nybr
2026
21:42
2
0
55

Rusiya-Gürcüstan avtomagistralı bir sıra avtomobillər üçün bağlanıb

Güclü qar yağması, yolların buz bağlaması və qar uçqunu təhlükəsi səbəbindən Gürcüstandan Rusiyaya gedən və hərbi yol kimi tanınan Kazbek-Yuxarı Lars avtomobil yolu bir sıra avtomobillər üçün bağlanıb. 24News.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamenti məlumat yayıb. Məlumatda deyilir ki, Mtsxeta-Stepantsminda–Lars magistralının Qudauri-Kobi hissəsində qoşqu və yarımqoşquların hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb, digər növ nəqliyyat vasitələrinin hərəkəti isə sərbəstdir.

www.24news.ge