Haqqımızda Reklam
04 
Mar
2026
13:46
15
10
212

Rustavi “Təhsil və Mədəniyyət Mərkəzi”ndə Analar Günü münasibətilə tədbir keçirilib (FOTO)

Martın 3-də Rustavi “Təhsil və Mədəniyyət Mərkəzi”ndə Analar Günü münasibətilə tədbir keçirilib. 24News.ge xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin direktoru Raida Dərziyeva açaraq qonaqları salamlayıb və Analar Gününün tarixindən bəhs edib. O, anaları səmimi sözlərlə təbrik edərək ürək sözlərini çatdırıb. Daha sonra tədbir mərkəzin gürcü dili müəllimi Tsira Londaridzenin rəhbərliyi ilə gürcü dili kursunun şagirdlərinin hazırladıqları bədii-musiqili kompozisiya ilə davam edib. Şagirdlər gürcü dilində təbriklər səsləndirib, rəqslər və maraqlı səhnəciklər nümayiş etdiriblər. Tədbir çərçivəsində Nodar Dumbadzenin “Mən günəşi görürəm” əsəri əsasında hazırlanmış tamaşa, “Qaynanaların üsyanı” və “Nəsillər bir masa ətrafında” adlı səhnəciklər şagirdlər tərəfindən gürcü dilində məharətlə ifa olunub. Bununla yanaşı, şagirdlərin rəsm əsərləri və əl işlərindən ibarət sərgi də təşkil edilib. Tədbirin sonunda şagirdlər analarına hazırladıqları hədiyyələri təqdim ediblər və müəllim tərəfindən hazırlanmış videoslayd izləyiblər. Səmimi və duyğulu anlarla yadda qalan tədbir iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.

www.24news.ge