Haqqımızda Reklam
27 
Iyn
2026
19:02
1
1
334

Güclü yağış Senaki bələdiyyəsində daşqınlara səbəb olub (FOTO)

Güclü yağıntılar Senaki bələdiyyəsində ciddi problemlər yaradıb. 24News.ge xəbər verir ki, daşqın nəticəsində əhalinin bir hissəsinə ziyan dəyib, həmçinin bələdiyyəyə məxsus infrastruktur obyektləri zədələnib. Yağıntılar səbəbindən küçələr su altında qalıb. Bir neçə küçədə yaşayış evlərinin birinci mərtəbələri və həyətlərini su basıb. Əkin sahələri də daşqından zərər görüb. Bundan başqa, inzibati ərazi vahidlərində yerləşən torpaq yolların və bəzi körpülərin zədələndiyi bildirilir. Senaki Bələdiyyə Meriyasının məlumatına görə, daşqının yaratdığı fəsadların aradan qaldırılması üçün təbii fəlakətin ilk dəqiqələrindən etibarən bütün aidiyyəti bələdiyyə xidmətləri səfərbər olunub və gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bildirilib ki, problemli ərazilərdə Fövqəladə Halların İdarə Olunması Xidmətinin briqadaları çalışır, meriyaya daxil olan müraciətlərə operativ reaksiya verilir və yerli özünüidarəetmə orqanlarının nümayəndələri hadisə yerlərində vəziyyətə nəzarət edirlər.

www.24news.ge