Haqqımızda Reklam
27 
Iyn
2026
18:03
12
2
734

Qaxariya parlamentdə baş verən fiziki qarşıdurmaya münasibət bildirib

“Gürcüstan naminə Qaxariya” Partiyasının lideri Giorgi Qaxariya parlamentdə baş verən insidentdən sonra hakim “Gürcü Arzusu” Partiyasını müxalifətə qarşı koordinasiyalı fiziki zorakılıq tətbiq etməkdə ittiham edib. 24News.ge xəbər verir ki, Qaxariya sosial şəbəkədə paylaşdığı açıqlamada bildirib ki, onların parlamentə daxil olmaqda məqsədi vətəndaşların problemlərini gündəmə gətirmək, hökumətin hesabatlılığını təmin etmək və fərqli mövqeləri parlament tribunasından səsləndirmək olub. “Biz parlamentə ona görə daxil olduq ki, vətəndaşları, o cümlədən ‘Gürcü Arzusu’na səs verənləri problemləri ilə tək qoymayaq, hökumətin hesabatlılığını təmin edək və parlamentdə fərqli fikirləri ifadə etmək üçün bütün parlament alətlərindən istifadə edək. Bu missiyamızdan geri çəkilməmişik. ‘Gürcü Arzusu’ siyasi müxalifətə koordinasiyalı fiziki zorakılıqla cavab verdi. Həmkarımız Giqa Parulavaya tibbi yardım göstərilməsi zəruri olub”, – deyə Qaxariya X sosial şəbəkəsində yazıb. O əlavə edib ki, hazırda Gürcüstanda müxalifətdə olmaq fiziki təhlükəsizlik baxımından risk daşıyır: “Bu zorakılıq hakimiyyətin ən yüksək eşelonunda olan şəxslərin cəzasız qalması ilə təşviq edilir”, – deyə Giorgi Qaxariya bildirib. Xatırladaq ki, ötən gün parlamentin plenar iclası zamanı deputatlar arasında fiziki qarşıdurma yaşanıb. Hadisə “Gürcüstan naminə Qaxariya” Partiyasının üzvü Giorgi Şaraşidzenin çıxışı zamanı baş verib.

www.24news.ge