Haqqımızda Reklam
27 
Iyn
2026
22:08
2
3
314

Beynəlxalq narkotik şəbəkəsinə qarşı əməliyyat: Gürcüstan, Türkiyə və Yaponiya vətəndaşları saxlanılıb (VİDEO)

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanılması, ölkəyə gətirilməsi, eləcə də satışına şərait yaradılması ittihamı ilə 8 nəfəri saxlayıblar. 24News.ge xəbər verir ki, saxlanılanlar arasında Gürcüstan, Türkiyə və Yaponiya vətəndaşları da var. Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində və yaşayış yerlərində keçirilən axtarışlar, eləcə də istintaq eksperimenti zamanı onların göstərdikləri ünvanlardan satış üçün hazırlanmış külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edərək maddi sübut kimi götürüblər. Müsadirə edilən narkotik vasitələr arasında kokain, metadon, buprenorfin, metamfetamin, opium, amfetamin, marixuana, çətənə bitkisi və 300-ə yaxın preqabalin həbi olduğu bildirilib. Nazirliyin açıqlamasına əsasən, saxlanılan şəxslərdən bəzilərinin ifşa edilməsi məqsədilə Mərkəzi Kriminal Polis Departamenti ilə Gəlirlər Xidmətinin Gömrük Departamenti birgə əməliyyat keçirib. Əməliyyat zamanı onların adına göndərilmiş bağlamalar dəyişdirilərək içərisində olan külli miqdarda narkotik vasitələr maddi sübut kimi götürülüb. İstintaq çərçivəsində polis narkotik vasitələrin qablaşdırılması üçün istifadə olunan müxtəlif materialları da müsadirə edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq aparılır. Təqsiri sübuta yetiriləcəyi təqdirdə saxlanılan şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge