Haqqımızda Reklam
14 
Avq
2026
20:37
33
3
944

Dmanisi idmançıları Türkiyədə keçirilən beynəlxalq turnirdə uğur qazanıblar

Avqustun 8-dən 10-dək Türkiyənin Qars şəhərində keçirilən beynəlxalq Kickboksinq K-1 turnirində Dmanisidən olan idmançılar uğurlu nəticə göstəriblər. 24News.ge xəbər verir ki, turnirdə Əməkdar məşqçi Tuccar Əliyevin rəhbərlik etdiyi Dmanisi Kickboksinq K-1 klubunun 5 yetirməsi iştirak edib. Peşəkar kəmər uğrunda mübarizə aparan Dmanisi idmançılarından 4-ü turnirin qalibi olaraq kəmər qazanıb, 1 idmançı isə ikinci yeri tutub. Birinci yerə layiq görülən idmançılar: Yusif Nazarov – 38 kq; Xeyal Hüseynov – 35 kq; Xeyal Nəsibov – 32 kq; Cəsur Hümbətov – 22 kq. İkinci yeri isə 48 kq çəki dərəcəsində mübarizə aparan Əli Hüseynov tutub. Beləliklə, Dmanisi Kickboksinq K-1 klubunun bütün iştirakçıları turnirdə medal qazanaraq bölgəni uğurla təmsil ediblər.

www.24news.ge