Haqqımızda Reklam
26 
Avq
2026
10:41
6
3
248

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Moskvadadır

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff Moskvaya səfər edib və burada Rusiya rəsmiləri ilə görüşlər keçirəcək. 24News.ge xəbər verir ki, bu barədə “Axios” iki amerikalı məmura istinadən məlumat yayıb. Məlumatı digər beynəlxalq media qurumları da təsdiqləyib. Bu, Retkliffin CIA direktoru vəzifəsinə başladıqdan sonra Moskvaya ilk məlum səfəridir. Onun Rusiya rəsmiləri ilə hansı məsələləri müzakirə edəcəyi açıqlanmayıb. Məlumata görə, Retkliff Moskvaya səfərindən əvvəl ABŞ Ukraynaya yüksək səviyyəli nümayəndə heyətinin Rusiyaya gedəcəyini bildirib və nümayəndə heyəti ölkəni tərk edənədək Moskva və Sankt-Peterburqa zərbələr endirməməsini istəyib. Retkliff ABŞ-dan əvvəl Latviyaya gedib, daha sonra isə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus C-17 hərbi-nəqliyyat təyyarəsi ilə Moskvaya uçub. Təyyarə avqustun 25-də Moskvanın Vnukovo hava limanına enib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin Moskvaya səfərinin xüsusi xidmət orqanları arasında təmaslarla əlaqəli olduğunu bildirib. Retkliffin səfərinin məqsədi barədə suala cavab verən Dmitri Peskov bildirib ki, səfər “təhlükəsizlik xidmətləri arasında əlaqələrə” aiddir. Peskov əlavə məlumat verməkdən imtina edib.

www.24news.ge