Haqqımızda Reklam
26 
Avq
2026
18:59
2
3
272

Gürcüstanda pivə bazarının 80%-nə 4 şirkət nəzarət edir

Gürcüstanda pivə və alkoqolsuz içkilər bazarı əsasən dörd iri şirkətin nəzarətindədir. 2024-cü ilin məlumatlarına görə, bu şirkətlər ölkənin pivə bazarının 80%-ni təşkil edir. 24News.ge xəbər verir ki, bu barədə “TBC Capital”ın “Pivə və alkoqolsuz içkilər” adlı son araşdırmasında qeyd olunub. Araşdırmaya əsasən, son illərdə pivə satışının əsas kanalları – FMCG və HORECA sektorları əhəmiyyətli dərəcədə böyüyüb. Orta müddətli perspektivdə də artım tendensiyasının davam edəcəyi gözlənilir. Gürcüstan pivə bazarında şirkətlərin payı belə bölünüb: Lomisi – 38%; Gürcüstan Pivə Şirkəti – 25%; Global Beer Georgia – 15%; Argo – 7%; Digər şirkətlər – 16%. “TBC Capital”ın araşdırmasına görə, bazarın əsas oyunçularının gəlirləri də son illərdə artıb. Son 5 ildə şirkətlərin gəlirlərində artım 8-16% arasında olub. 2024-cü ildə şirkətlərin gəlirləri belə olub: Lomisi – 230 milyon lari – 14% artım; Gürcüstan Pivə Şirkəti – 154 milyon lari – 13% artım; Global Beer Georgia – 89 milyon lari – 16% artım; Argo – 43 milyon lari – 8% artım.

www.24news.ge