Haqqımızda Reklam
20 
Sen
2026
22:53
8
2
2408

Marneulidə ölümlə nəticələnən yol qəzası baş verib

Bu gün axşam saat 22:30 radələrində Marneuli bələdiyyəsinin Araflı kəndində ölümlə nəticələnən yol qəzası baş verib. 24News.ge xəbər portalına daxil olan məlumata əsasən, minik avtomobili yolu keçməkdə olan 50 yaşlarında kişini vurub. Qəza zamanı piyada aldığı xəsarətlər nəticəsində yerindəcə keçinib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başladılıb.

www.24news.ge