Haqqımızda Reklam
21 
Sen
2026
11:01
11
4
183

İtaliya məktəblərdə burqa və niqabları qadağan etməyi planlaşdırır

İtaliya hökuməti məktəblərdə üzü örtən geyimlərin, o cümlədən burqa və niqabın qadağan edilməsini, həmçinin siniflərdə xarici şagirdlərin sayının məhdudlaşdırılmasını planlaşdırır. 24News.ge xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corcia Meloni açıqlama verib. Meloninin sözlərinə görə, yaxın vaxtlarda Nazirlər Kabinetinə sinifdə xarici şagirdlərin maksimal sayını qanunla müəyyənləşdirən tədbirlər təqdim olunacaq. Baş nazir bildirib ki, məktəb sisteminə inteqrasiya ilə bağlı ciddi çətinlik yaşayan xarici şagirdlərin valideynlərindən italyan dilini öyrənmələri də tələb olunacaq. Eyni zamanda, məktəblərdə burqa və niqabın taxılması qadağan ediləcək. Meloni qeyd edib ki, sinifdə italyan dilini bilməyən yalnız bir şagird olduqda, onun sinif yoldaşları və müəllimlərin köməyi ilə dili öyrənməsi və cəmiyyətə inteqrasiyası mümkün ola bilər: “Lakin dili başa düşməyən uşaqların sayı çoxdursa və ya hətta əksəriyyəti təşkil edirsə, bu artıq inteqrasiya deyil, səhlənkarlıqdır”, – deyə Meloni bildirib. Baş nazir siniflərdə xarici şagirdlərin konkret olaraq neçə nəfər olmasına icazə veriləcəyini açıqlamayıb. Meloni həmçinin bildirib ki, gənc qadınlar məktəbə üzləri açıq şəkildə getməlidirlər: “Məktəbə üzünüz açıq şəkildə getməlisiniz. İtaliyada heç kim real və ya mümkün hər hansı ənənəni əsas gətirərək gənc qadının özünü gizlətməsinə qərar verə bilməz”, – deyə o bildirib. Qeyd edək ki, Fondazione araşdırma təşkilatının məlumatına görə, İtaliya vətəndaşlığı olmayan şagirdlər ölkənin məktəblərində təhsil alanların 11,6%-ni təşkil edir.

www.24news.ge