Haqqımızda Reklam
21 
Sen
2026
12:05
8
2
728

Tbilisi hava limanında xarici ölkə vətəndaşı saxlanılıb (VİDEO)

Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin əməkdaşları dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərməkdə şübhəli bilinən xarici ölkə vətəndaşını saxlayıblar. 24News.ge xəbər verir ki, nazirliyin məlumatına görə, həmin şəxs Tbilisi Beynəlxalq Hava Limanında saxta sənəddən istifadə etməklə Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərdiyi zaman saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 19-344-cü və 362-ci maddələrinin birinci hissələri ilə araşdırma aparılır. Sözügedən maddələr 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge