Haqqımızda Reklam
22 
Sen
2026
20:32
1
1
55

Prezident Konstitusiya Məhkəməsinə yeni hakim təyin edib

Prezident Mixeil Kavelaşvili Qoqа Kikilaşvilini Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edib. Bu barədə 24News.ge xəbər portalına Prezident Administrasiyasından məlumat verilib. Bildirilir ki, Gürcüstan Konstitusiyasının 60-cı maddəsinə əsasən, Konstitusiya Məhkəməsi 10 il müddətinə təyin olunan 9 hakimdən ibarətdir. Onlardan 3 hakim Gürcüstan Prezidenti tərəfindən təyin edilir, 3 hakim parlament tərəfindən tam tərkibin ən azı beşdə üç səs çoxluğu ilə seçilir, digər 3 hakim isə Ali Məhkəmə tərəfindən təyin olunur. Qeyd edək ki, Konstitusiya Məhkəməsinin hakimi Giorgi Kverençxiladzeyə verilmiş səlahiyyət müddəti oktyabrın 2-də başa çatır.

www.24news.ge