Haqqımızda Reklam
22 
Sen
2026
17:55
6
2
161

Tbilisinin dövlət uşaq bağçasının menyusundan süd məhsulları çıxarılıb

Tbilisi şəhəri üzrə dövlət uşaq bağçalarında süd məhsulları müvəqqəti olaraq menyudan çıxarılıb. 24News.ge xəbər verir ki, Tbilisi Uşaq Bağçalarının İdarəetmə Agentliyindən bildirilib ki, müvafiq qərar epidemioloqların tövsiyəsi əsasında qəbul edilib. “Epidemioloqların tövsiyəsinə əsasən, süd məhsulları müvəqqəti olaraq menyudan çıxarılıb”, – agentlikdən bildirilib. Qeyd edək ki, sentyabrın 18-də dövlət uşaq bağçalarının bir sıra tərbiyəçiləri ehtimal olunan zəhərlənmə əlamətləri ilə klinikalara yerləşdiriliblər. Xəstəliklərə Nəzarət Milli Mərkəzinin məlumatına görə, laboratoriya müayinələrinin nəticələri bağçalarda qastroenteritlə müşayiət olunan halların böyük əksəriyyətinə yüksək ehtimalla norovirusun səbəb olduğunu göstərib. Mərkəzin məlumatında qeyd olunub ki, bu patogen dünya üzrə virus mənşəli qastroenteritlərin əsas törədicilərindən biridir. Xatırladaq ki, bağçalarda uşaqların ehtimal olunan zəhərlənməsi faktı ilə bağlı İstintaq Xidməti tərəfindən də araşdırmaya başlanılıb.

www.24news.ge