Haqqımızda Reklam
22 
Sen
2026
19:03
7
1
268

Etirazlar nəticə verdi – Kvarelidə üzümün qiyməti artırılıb, fermerlər məhsulu təhvil verməyə başlayıblar

Üzümün alış qiymətinin artırılmasından sonra Kvareli rayonunda üzümçülər məhsullarını şərab zavodlarına təhvil verməyə başlayıblar. 24News.ge xəbər verir ki, üzümçülərin iki gün davam edən etirazlarından sonra hökumət üzümün keyfiyyət göstəricisi və alış qiymətləri ilə bağlı dəyişiklik edib. Yeni qərara əsasən, üzümün minimal keyfiyyət göstəricisi 17 faizdən 16 faizə endirilib, aşağı kondisiyalı üzümün qiyməti isə 30 tetri-dən 50 tetriyə qaldırılıb. Yeni qiymətlər belə müəyyənləşdirilib: Yüksək kondisiyalı Saperavi – 20 dərəcədən yuxarı olduqda 1,50 lari; Yüksək kondisiyalı Rkatsiteli və digər üzüm sortları – 19 dərəcədən yuxarı olduqda 1,30 lari; Aşağı kondisiyalı Saperavi – 16–20 dərəcə arasında 1 lari; Aşağı kondisiyalı Rkatsiteli və digər üzüm sortları – 16–19 dərəcə arasında 90 tetri. Məlumat üçün bildirək ki, üzümçülər Kvareli və Qurcaani şəhərlərində şərab müəssisələrinin qarşısında iki gün ərzində aksiya keçirərək məhsulun alış qiymətinə etiraz ediblər. Etiraz zamanı fermerlər yığdıqları üzümü müəssisələrə təhvil verməkdən imtina ediblər.

www.24news.ge