Haqqımızda Reklam
28 
Sen
2026
12:45
20
7
865

Marneulidə azyaşlı nəvəsini məcburi nikaha sövq edən qadın saxlanılıb (VİDEO)

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Şöbəsinin əməkdaşları ailənin yetkinlik yaşına çatmayan üzvünü nikaha məcbur etməkdə ittiham olunan bir şəxsi saxlayıblar. 24News.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən qadın yetkinlik yaşına çatmayan nəvəsini gender ayrı-seçkiliyi əlaməti və dözümsüzlük motivi ilə, onun iradəsinin əleyhinə olaraq, kənddə yaşayan bir kişi ilə nikaha daxil olmağa məcbur edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində qadın təqsirləndirilən şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 11¹-150¹ maddəsi ilə istintaq aparılır. Maddə üzrə təqsirli bilinən şəxsi 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

www.24news.ge