Haqqımızda Reklam
28 
Sen
2026
20:39
15
5
273

Çində Tbilisi üçün 111 yeni metro vaqonunun istehsalına başlanılıb

Tbilisi üçün Çində 111 yeni metro vaqonunun istehsalına başlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Çində işgüzar səfərdə olan Tbilisi meri Kaxa Kaladze bildirib. Kaladzenin sözlərinə görə, səfər çərçivəsində Tbilisi üçün yeni metro vaqonlarının istehsal olunduğu müəssisəyə baş çəkəcək və hazırlanmış vaqonlarla tanış olacaq: “Dünyanın ən yaxşı şirkətlərindən birinə baş çəkmək və paytaxtımız üçün metro vaqonlarının necə hazırlandığını görmək imkanımız olacaq. Bu, mənim üçün çox sevindirici və vacibdir. Çünki son illərdə vaqonların yenilənməsi və yeni vaqonların alınması həyata keçirilməyib. 111 vaqonun istehsalına başlanılıb. Sabah artıq hazırlanmış və yaxın zamanda paytaxta göndəriləcək vaqonlarla tanış olmaq imkanımız olacaq”, – deyə Kaxa Kaladze bildirib. Kaladze həmçinin Gürcüstan və Çin arasında strateji tərəfdaşlığın mövcud olduğunu vurğulayıb və iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, son illərdə Gürcüstan və Çin arasındakı münasibətlər inkişaf edir və tərəflər əməkdaşlığı daha da genişləndirmək üçün çalışmalıdırlar.

www.24news.ge