Haqqımızda Reklam
29 
Sen
2026
01:13
4
0
147

Zəlimxan Yaqubun doğulduğu ocağı ziyarət edən səfir muzeyin tikintisinə dəstək veriləcəyini bildirib

Cari ilin sentyabr ayının 26-da Azərbaycan Respublikasının Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycanın görkəmli xadimi, Xalq şairi Zəlimxan Yaqubun doğulub boya-başa çatdığı ocağı ziyarət edib. 24News.ge xəbər verir ki, səfir şairin anası ilə görüşərək onun səhhəti və vəziyyəti ilə maraqlanıb, Zəlimxan Yaqubun həyat və yaradıcılığı ilə bağlı xatirələri dinləyib. F.Quliyev, həmçinin Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə yerində tanış olub, layihənin əhəmiyyətini vurğulayıb və tikinti prosesinə dəstək göstəriləcəyini bildirib. Qeyd olunub ki, Zəlimxan Yaqubun zəngin ədəbi irsinin, milli-mənəvi dəyərlərə bağlılığının və əziz xatirəsinin gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır.

www.24news.ge