Haqqımızda Reklam
23 
Okt
2026
15:30
4
3
226

Gürcüstana idxal olunan Türkiyənin “Ayvalık” zeytun yağında zərərli maddələr aşkarlanıb

Milli Qida Agentliyi Türkiyədə istehsal olunan “Ayvalık” markalı zeytun yağının nümunəsində çirkləndirici maddələrin miqdarının normadan artıq olduğunu müəyyən edib. 24News.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb. Qurumun məlumatına görə, uyğunsuzluq 5 litrlik metal qabda olan “Extra Virgin Olive Oil” adlı zeytun yağının konkret nümunəsində aşkarlanıb. Laboratoriya araşdırması zamanı yağ nümunəsində qlisidolun yağ turşusu efirlərinin, həmçinin 3-MCPD və onun yağ turşusu efirlərinin miqdarının normadan artıq olduğu müəyyən edilib. Tədqiqat Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı və Ətraf Mühit İnstitutunun (BIOR) laboratoriyasında aparılıb. Agentlik vurğulayıb ki, laboratoriya nəticələri yalnız konkret nümunəyə aiddir və eyni istehsalçının digər məhsullarının və ya partiyalarının da standartlara uyğun olmadığını təsdiqləmir. Hazırda məsələ ilə bağlı araşdırma davam etdirilir və istehlakçıların sağlamlığının qorunması məqsədilə müvafiq tədbirlər görülür. Qeyd edək ki, Gürcüstanın Milli Qida Agentliyi 2026-cı ildən etibarən yağ və piy məhsullarında bəzi çirkləndirici maddələrin yoxlanılmasına başlayıb. Agentliyin məlumatına görə, indiyədək bu məqsədlə yağ və piy məhsullarından 71 nümunə götürülüb.

www.24news.ge