Haqqımızda Reklam
23 
Okt
2026
09:11
7
0
325

Zelenski Putinin ərazi iddialarına cavab verib

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin işğal olunmuş əraziləri Rusiyanın ərazisi kimi heç vaxt tanımayacağını bildirib. O, mövcud cəbhə xəttinin dondurulmasının atəşkəsə və tərəflər arasında danışıqların başlanmasına imkan yarada biləcəyini qeyd edib. 24News.ge xəbər verir ki, Zelenski bu barədə CNN telekanalına müsahibəsində danışıb. Ukrayna Prezidenti bildirib ki, hazırda Ukraynanın nəzarətində olan ərazilərin Rusiyaya verilməsi qəbuledilməzdir. Onun sözlərinə görə, məsələ yalnız ərazi və kilometrlərlə deyil, həm də insanların həyatı, ölkənin müstəqilliyi və suverenliyinin qorunması ilə bağlıdır. “Bizim torpağımız çox vacibdir, çünki söhbət kilometrlərdən deyil, insanlardan gedir. Bu torpaqları, müstəqilliyimizi və ölkəmizi qoruyarkən çox sayda insan həlak olub. Müvəqqəti işğal altında olan bu əraziləri heç kim Rusiyanın ərazisi kimi tanımayacaq və düşünürəm ki, Rusiya da bunu anlayır”, – deyə Zelenski bildirib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də ötən gün Ukraynanın ərazi itkiləri barədə danışmağın yersiz olduğunu bildirib. Putinin sözlərinə görə, mübahisəli ərazilər tarixi Rusiyanın torpaqlarıdır və həmin ərazilərdə yaşayan insanlar əvvəlcə dövlət müstəqilliyinə, daha sonra isə Rusiya Federasiyasına birləşməyə səs veriblər. Rusiya Prezidenti bu səbəbdən ərazi itkiləri barədə danışmağı düzgün hesab etmədiyini və bu məsələnin mübahisəli olduğunu vurğulayıb.

www.24news.ge