Haqqımızda Reklam
23 
Okt
2026
09:33
2
5
126

KTMT Ermənistanın təşkilata üzvlüyü ilə bağlı qərar verə bilər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderləri Ermənistanın təşkilatdakı üzvlüyü ilə bağlı qərarı noyabrın 11-də keçiriləcək növbəti iclasda qəbul edə bilərlər. 24News.ge xəbər verir ki, bu barədə təşkilatın baş katibi Taalatbek Masadikov bildirib. Baş katib Ermənistanın təşkilatdan mümkün çıxışı ilə bağlı danışarkən qeyd edib ki, məsələ Kollektiv Təhlükəsizlik Şurasının iclasına çıxarılarsa, müvafiq qərar qəbul oluna bilər. “Əgər bu məsələ Kollektiv Təhlükəsizlik Şurasının iclasına çıxarılsa, bu, baş verə bilər”, – deyə Masadikov bildirib. Qeyd edək ki, KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti iclası noyabrın 11-də Moskvada keçiriləcək. Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqust ayında parlamentdə çıxışı zamanı ölkəsinin növbəti beş il ərzində KTMT-yə qayıtmağı planlaşdırmadığını bildirib. O, həmçinin Ermənistanın təşkilatdan xaric edilməsinə etiraz etməyəcəyini və bunu müsbət qarşılayacağını qeyd edib.

www.24news.ge