Haqqımızda Reklam
25 
Okt
2026
14:07
4
0
160

Marneulidə hədə-qorxu ittihamı ilə iki nəfər saxlanılıb (VİDEO)

Marneuli polis İdarəsinin əməkdaşları qrup halında hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən iki nəfəri saxlayıblar. 24News.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxslərdən biri əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunub və hazırda şərti məhkumluq altındadır. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər həmkəndlilərini bank hesabı açmağa razı salıb, daha sonra internet bankçılıqdan istifadə üçün lazım olan məlumatları ələ keçiriblər. Onlar həmin şəxsə hesabına pul köçürüləcəyini və məbləğin müəyyən hissəsinin ona veriləcəyini vəd ediblər. Daha sonra isə bank hesabının guya bağlandığını bildirərək ondan 1 500 lari tələb ediblər. Pul ödəməyəcəyi təqdirdə zərərçəkəni öldürməklə hədələyiblər. Hüquq-mühafizə orqanlarının kompleks əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hər iki şəxs saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge