Haqqımızda Reklam
08 
Apr
2026
16:39
18
5
459

İlham Əliyev Məsud Pezeşkiana zəng edərək təbrik edib

Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. 24News.ge President.az-a istinadən xəbər verir ki, dövlət başçısı İran İslam Respublikası və Amerika Birləşmiş Ştatları arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb. Məsud Pezeşkian bu təbriklərə və Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə İlham Əliyevə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.

www.24news.ge