Haqqımızda Reklam
28 
May
2026
16:16
19
49
4680

Kəpənəkçi kəndində gənclərin idarə etdiyi avtomobillər zəncirvari qəza törədib, çox sayda yaralı var

Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndində yerləşən 1 nömrəli məktəbin şagirdləri “son zəng” tədbirindən sonra yol-nəqliyyat hadisəsinə səbəb olublar. 24News.ge xəbər portalına daxil olan məlumata görə, gənclərin idarə etdiyi 4 avtomobil zəncirvari qəza törədib. Hadisə nəticəsində təxminən 10 nəfər gəncin xəsarət aldığı, onlardan bir neçəsinin xəstəxanaya yerləşdirildiyi bildirilir. Qəzanın baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma başlanılıb.

www.24news.ge