Haqqımızda Reklam
29 
May
2026
18:51
8
0
274

Qırıxlı kəndində müqəddəs Qurban bayramı qeyd olunub (FOTO)

Gürcüstanda yaşayan müsəlmanlar müqəddəs Qurban bayramını qeyd etməkdə davam edirlər. 24News.ge xəbər verir ki, ölkənin müxtəlif şəhər və bələdiyyələrində bayram tədbirləri yüksək əhval-ruhiyyə ilə davam edir. Marneuli bələdiyyəsinin Qırıxlı kəndində yerləşən Hz. Fatimə (s.ə) adına məscidin yeni istifadəyə verilən mərasim zalında müqəddəs Qurban bayramı qeyd olunub. Səhər saat 09:00-da Qurban bayramı münasibətilə bayram namazı qılınıb. Daha sonra məsciddə kəndin yaşlı sakinləri üçün bayram süfrəsi təşkil edilib. Məscidin səlahiyyətlisi Azər Məmmədov tədbirdə çıxış edərək Qurban bayramı münasibətilə bütün müsəlmanları təbrik edib. O, inanclıların dua, ibadət və qurbanlarının qəbul olunmasını arzulayıb. Həmçinin Azər Məmmədov Qurban bayramının fəzilətindən, əhəmiyyətindən və tarixindən danışaraq bu müqəddəs günün insanlar arasında birlik, həmrəylik və yardımlaşma ruhunu gücləndirdiyini vurğulayıb. Bayram münasibətilə məscidə təqdim olunan qurban paylarından kənddə yaşayan təxminən 15 ehtiyaclı sakinə ehsan verilib.

www.24news.ge