Haqqımızda Reklam
29 
May
2026
10:46
16
3
194

Baş nazir Türkiyənin yeni səfiri ilə görüşüb

Baş nazir İrakli Kobaxidze Türkiyənin Gürcüstandakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Arı ilə görüşüb. 24News.ge xəbər verir ki, Baş nazir səfiri diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb. Görüşdə iki ölkə arasında ümumi regional maraqlara əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin önəmi vurğulanıb. Tərəflər iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib, Türkiyənin Gürcüstanın əsas ticarət tərəfdaşlarından biri olduğu bildirilib. Müzakirələr zamanı Orta Dəhlizin inkişaf perspektivləri və birgə regional layihələr də diqqət mərkəzində olub. Eyni zamanda, Cənubi Qafqazda sülh və sabitliyin qorunmasının əhəmiyyəti xüsusi qeyd edilib.

www.24news.ge