Haqqımızda Reklam
02 
Iyn
2026
12:21
6
20
1061

Kür çayında 2 nəfərin meyiti tapılıb

Rustavidə Kür çayında 2 nəfərin meyiti tapılıb. 24News.ge xəbər verir ki, xilasedicilər meyitləri Köhnə və Yeni Rustavini birləşdirən körpüdən bir neçə kilometr uzaqlıqda tapıblar. Mövcud məlumata görə, meyitlərdən biri mayın 31-də Aqmaşenebeli prospektinin yaxınlığındakı körpüdən tullanan 50 yaşadək kişiyə məxsusdur, digəri isə ehtimal ki, Tbilisidə itkin düşmüş şəxsdir. Meyitlər ekspertiza bürosuna aparılıb. Hadisə yerinə xilasetmə xidməti və kriminal polis heyətinin əməkdaşları cəlb olunub.

www.24news.ge