Haqqımızda Reklam
02 
Iyn
2026
12:30
14
2
442

Poniçalada baş verən silahlı insidentlə bağlı 3 nəfər saxlanılıb (VİDEO)

Ötən gecə Poniçalada baş vermiş silahlı insidentlə əlaqədar 3 nəfər saxlanılıb. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, istintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxslərdən biri əvvəllər mövcud olmuş münaqişə zəminində odlu silahdan atəş açaraq üç nəfəri – Qelberaşvili qardaşlarını və onların dostunu bədənlərinin müxtəlif nahiyələrindən yaralayıb, daha sonra isə hadisə yerindən qaçıb. Yaralanan şəxslər tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdiriliblər. Araşdırma nəticəsində müəyyən olunub ki, hadisənin şahidi olan şübhəlinin iki dostu törədilmiş ağır cinayəti gizlədib. Hüquq-mühafizə orqanları üç nəfəri iki və ya daha çox şəxsə qarşı ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd, odlu silah və döyüş sursatını qanunsuz əldə etmə və gəzdirmə, eləcə də xüsusilə ağır cinayəti gizlətmə ittihamları ilə saxlayıblar. Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 19-109, 236 və 375-ci maddələri üzrə aparılır. Sözügedən maddələr 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

www.24news.ge