Haqqımızda Reklam
08 
Iyn
2026
21:06
16
2
259

Hakan Fidan: "Regionda uzunmüddətli sülhün təmin edilməsi vacibdir"

Türkiyənin xarici işlər naziri Hakan Fidan Gürcüstan–Türkiyə–Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Orta Dəhlizin region ölkələri arasında əməkdaşlığın əsas sütunu olduğunu bildirib. 24News.ge xəbər verir ki, nazir qeyd edib ki, Avropa ilə Asiya arasında əlaqəlilik və təhlükəsizlik məsələləri müzakirələrin əsas mövzularından biri olub. Onun sözlərinə görə, regionda uzunmüddətli sülhün təmin edilməsi vacibdir. Hakan Fidan Cənubi Qafqazda sabitlik və sülhün əhəmiyyətini vurğulayaraq, Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləməsini alqışladıqlarını deyib. O, bu prosesin regional əməkdaşlıq üçün yeni imkanlar yaratdığını bildirib. Nazir həmçinin ABŞ-ın da iştirakı ilə aparılan sülh danışıqlarına toxunaraq, regionda sülhün mümkün qədər tez əldə olunmasını arzuladıqlarını qeyd edib. O, eyni zamanda İran üçün də davamlı və uzunmüddətli sülhün vacibliyini vurğulayıb. Rusiya–Ukrayna müharibəsinə də münasibət bildirən Hakan Fidan sərhədlərin zorla dəyişdirilməsinin dağıntı və münaqişəni daha da genişləndirdiyini deyib. Onun sözlərinə görə, müharibənin davam etməsi onun coğrafi miqyasını artırır. Nazir mülki əhalinin münaqişələrdən ciddi şəkildə zərər gördüyünü vurğulayaraq, dəniz nəqliyyatında və ümumilikdə təhlükəsizlik məsələlərində daha sıx koordinasiyanın vacibliyini qeyd edib. O bildirib ki, ən real həll yolu atəşkəsin əldə olunmasıdır.

www.24news.ge