Haqqımızda Reklam
25 
Iyl
2026
15:36
25
0
1840

DTX ölkə üzrə elektrik enerjisinin kəsilməsi ilə bağlı istintaq başlatdı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iyulun 24-ü və 25-də ölkə miqyasında elektrik enerjisinin təminatında baş verən kütləvi və qəza mənşəli kəsintilərlə bağlı cinayət işi açıb. 24News.ge xəbər verir ki, araşdırma Cinayət Məcəlləsinin 318-ci – "Sabotaj" maddəsi üzrə aparılır. Qurumun yaydığı rəsmi bəyanatda bildirilir ki, sənəd dövlət maraqlarına təhlükə yaratmaq məqsədilə mühüm infrastrukturların, dövlət müəssisələrinin və digər strateji obyektlərin normal fəaliyyətinə mane olma, onları zədələmə və ya məhvetmə hallarını əhatə edir. DTX-dən verilən məlumata görə, istintaqın gedişatı və əldə olunan nəticələr barədə ictimaiyyətə mərhələli şəkildə əlavə məlumat veriləcək.

www.24news.ge