Haqqımızda Reklam
22 
Sen
2026
14:09
10
0
200

83 əcnəbi Gürcüstandan çıxarılıb (VİDEO)

Son günlər ərzində Gürcüstandan 83 xarici ölkə vətəndaşı deportasiya edilib. 24News.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Deportasiya olunanlar arasında Azərbaycan, Türkmənistan, Türkiyə, Rusiya, Efiopiya, Misir, İraq, Hindistan, Burundi, Pakistan, Keniya, Bolqarıstan, Banqladeş, İordaniya, Nigeriya, Ermənistan, Özbəkistan, Çin və digər ölkələrin vətəndaşları var. Məlumata görə, qüvvədə olan qanunvericiliyə əsasən, ölkədən çıxarılan şəxslərin Gürcüstana yenidən daxil olmasına qadağa tətbiq edilib. Daxili İşlər Nazirliyi ölkədə qanunsuz miqrasiyaya qarşı mübarizəni intensiv şəkildə davam etdirdiyini açıqlayıb. Nazirliyin son statistik məlumatlarına əsasən, yalnız cari il ərzində Miqrasiya Departamentinin əməkdaşları tərəfindən Gürcüstandan 3 mindən çox şəxs deportasiya edilib.

www.24news.ge